February 6, 2020
Şokoladlı sendviç peçenye
Şokoladlı sendviç peçenye. Sandwich cookies with chocolate filling.
Bundan əvvəl klassik linzer peçenye resepti bölüşmüşdüm. Eyni reseptdi təxminən ancaq içində badam unu yoxdur.
Lazım olanlar:
125 q kərə yağı
190 q un
55 q şəkər kirşanı
1 yumurtanın sarısı
yarım ç.q qabardıcı toz
Ara qat üçün:
90 q şokolad (südlü və ya 56%)
Hazırlanması:
Un və şəkər kirşanını ələyin, bura qabardıcı tozu da əlavə edib qarışdırın.
Soyuducu dan 10-15 dəqiqə əvvəl götürdüyünüz kərə yağını da bura əlavə edib yağla unu yağşıca umac halına salın. Sonra bura yumurta sarısını əlavə edib xəmir halına salın.
Xəmiri streç plyonkaya büküb 30 dəqiqə soyuducuya qoyun. Vaxt tamam olduqdan sonra xəmiri götürün incə yayın 2mm qalınlığın da, yumrular kəsin birinin içini istənilən formada ürək,ulduz və s. fiqurla kəsin, digəri isə kəsilməmiş qalsın. (mən ürək formalı fiqurla kəsdim) Bir fiqurlu bir sadə olaraq eyni sayda kəsin və yağlı kağız sərilmiş soba listinə düzün, aralarında məsafə saxlayın.
180-190 dərəcəli soba da qızarana kimi bişirin. Vaxt təxminən 10-15 dəqiqə arası dəyişir.
Bişəndən sonra ilıq vəziyyətdə üstdə qalacaq fiqurlu hissənin üstünə şəkər kirşanı səpin.
Ara qat üçün şokoladı su hamamında əridin, soyuyan peçenyenin fiqursuz sadə hissəsinin tən ortasına şokolad dan qoyun, üstünə fiqurlu kəsilmiş peçenyeni qoyub əlinizlə ehtiyyatla basın ki birləşsinlər. Peçenyeləri eyni qayda ilə hamısını hazırlayın, şokoladı tam bərkiyəndən sonra yeməyə hazırdır. Qeyd edim ki, bu peçenyelər çox dadlı olur.
Hazırlayanlara nuş olsun.
Müəllif:
Məhin
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment