Neçə vaxt idi bloqum da heçnə bölüşmürdüm. Həvəs var nəsə bişirməyə amma bişirən dən sonra şəkil çəkməyə bəzən təmbəllik edirəm, bəzən də halım olmur. Bu qurabiyələri də bloqum da yeni resept olsun deyərək bişirdim, dadlı oldu məncə sınamağa dəyər.
Lazım olanlar:
100 q kərə yağı
130 q şəkər kirşanı
1 yumurta
270-280 q un
1 ç.q qabardıcı toz
55 q südlü şokolad
40-50 q kokos qırıntısı
bir çimdik duz
Hazırlanması:
Şokoladı bıçaqla xırda-xırda doğrayın qoyun bir kənarda hazır qalsın. Kərə yağını bir qabda qaynatmadan əridin. Şəkər kirşanını xəmiri hazırlayacağınız qaba ələyib, üstünə ilıq kərə yağı və duzu əlavə edib qarışdırın. Üzərinə yumurtanı da əlavə edin və əl çırpıcısı ilə yenə qarışdırın. Əvvəlcə qabartma tozunu tökün ələyə sonra unun yarısını məhlula ələyin, doğranmış şokoladı da unun üstünə tökün və qaşıqla qarışdırın. Unun qalan hissəsini də ələyin amma 1-2 xörək qaşığı saxlayın kənar da, lazım olsa onu əlavə edərsiniz. Bunu ona görə yazıram ki yumurtanın ölçüsünə görə unun miqdarı azca dəyişiklik göstərə bilər. Mən də unun hamısı getdi çünki yumurta kifayət qədər normal ölçüdə idi. Ələ yapışmayan yumşaq xəmir yoğurun, soba listinə yağlı kağız sərin xəmirdən yumurta böyüklüyün də kündələr götürüb, əlinizlə yumrulayıb listə düzün. Üstündən eytiyyatla basın xəmirlərin, və əvvəlcədən işə salınmış 180 dərəcəli soba da 20-25 dəqiqə bişirin. Altları qızarmalıdır üst hissəsi isə qurumalıdır.
Qeyd: Bu peçenye reseptin də yaxşı olar ki şokoladı südlü istifadə edəsiniz, tünd şokoladı dadı daha kəskin olduğu üçün acılıq olabilər.
Hazırlayanlara nuş olsun.
No comments:
Post a Comment