Lazım olanlar:
160 q kərə yağı
200 q şəkər tozu
160 q xama
4 yumurta (normal böyüklükdə)
280-300 q un
10 q qabardıcı toz
5 q şəkərli vanilin
Krem üçün:
200 q kərə yağı
200 q qatılaşdırılmış süd (şirin istəyən 50 q artıq vurabilər)
Hazırlanması:
Yumurtaların üstünə şəkər tozunu əlavə edib ağarana kimi 3-4 dəqiqə mikserlə qarışdırın.
Ağarıb qatılaşdıqdan sonra əritdiyimiz ilıq soyuq arası kərə yağını da bura əlavə edib 1 dəqiqə müddətində çalın. Ardınca otaq temperaturun da olan xamanı da qatıb qarışdırın.
Unun içinə qabardıcı toz və vanilini qatıb qarışdırın və ələkdən keçirdin.
Unu hissə-hissə əlavə edib qaşıq və ya spatul ilə un kütlələri qalmamaq şərti ilə yaxşıca qarışdırın. Dördkünc soba listinə yağlı kağız sərin və xəmiri tavaya tökün. Üstünü eyni dərəcə də hamarlayın 180 dərəcəli əvvəlcə dən işə salınmış isti sobaya göndərin.
Üstü qızarana kimi bişirin 20-22 dəqiqə kimi müddət də bişir, ehtiyyatlı olun çox da qıpqırmızı qızarmasın, quruya bilər.
Sobadan çıxardın, biraz soyusun. İlıq vəziyyət də stəkan ağzı və ya xüsusi dəmir halqalarla keksdən kəsin. (mən armudu stəkanla kəsdim)
Artıq qalan hissələri ovuntu edin, istəsəniz əlinizlə istəsəniz tam soyuduqdan sonra blender ilə ovuntu etmək olar.
Krem üçün otaq temperaturunda yumşalmış kərə yağını mikserlə ağarana kimi çalın.
Ardınca qaşıq-qaşıq qatılaşdırılmış süddən əlavə edib yenə çalın. Havalı və bərk krem alınmalıdır.
Qatılaşdırılmış südü əlavə etdikdən sonra həddindən artıq çox çalmayın bəzi hallarda krem də çürümə ola bilər.
Korjlardan birini götürün bol krem çəkin digər korju də üstünə qoyun. Kənarlarını və üstünü də kremləyib ovuntuya batırın. Eyni prosesi bütün korjlar üçün təkraralayın.
Pirojnalar dincələndə çox daha dadlı olur.
Hazırlayanlara nuş olsun.
No comments:
Post a Comment