April 15, 2020

Küncütlü bulka


Lazım olanlar:
200 ml süd
50 ml su
65 q kərə yağı
4 x.q şəkər tozu
2 ədəd yumurta
1 dolu ç.q quru maya
yarım ç.q duz
1 ç.q şəkərli vanilin
apardığı qədər un 

Üstü üçün:
küncüt (əvvəlcədən qovurmuşdum)
1 yumurtanın sarısı


Hazırlanması:
İlıqdan biraz isti (qaynar yox) suyun içinə mayanı və 1 x.q şəkər tozunu əlavə edib qarışdırırsız, üstünü örtüb mayanın aktivləşməyini gözləyirsiz.
Dərin bir qaba ilıq süd,əridilən kərə yağı, şəkər tozu, duz və yumurtanı da əlavə edib əl çırpıcısı ilə qarışdırırsınız. Bura köpüklənən mayalı sulu qarışığı da qatırsınız yenə qarışdırırsınız. Ən axırda unu hissə-hissə ələyib ələ yapışmayan yumşaq hamar xəmir yoğurursunuz. Üstünü örtüb 1 saat 1.5 saat isti yerdə xəmiri mayalanmağa qoyursunuz.
Xəmirin həcmi iki dəfəyə qədər qalxdıqda deməli xamirimiz hazırdır. Xəmirdən kiçik mandarin böyüklüyündə kündələr hazırlayın. Hər kündəni nazik olmamaq şərti ilə uzun çubuq formasına salın, sonra bu xəmiri baş hissəsindən sonuna kimi içə buraraq forma verin. (ilbiz qabığı kimi)
Soba listinə düzün hazırladığınız bulkaları, 30 dəq yenidən dincəlməlidir.
Üstlərinə yumurta sarısı sürtün və küncüt səpin. 180 dərəcəli əvvəlcə dən isidilmiş soba da qızarana kimi bişirin.

Hazırlayanlara nuş olsun.

No comments:

Post a Comment