January 5, 2021

Bakı qurabiyəsi


Yeni ilin ilk resepti. Aradan xeyli vaxt keçib mən bloqum da resept bölüşmürəm. Bugün Bakı qurabiyəsi bişirmək qərarına gəldim, foto yenə ürəyimcə olmadı amma nə etmək olar. :D
Günəş gah batırdı,gah çıxırdı belə pencərənin əksi düşdü qurabiyələrin üstündəki cemə. Məndə düzəliş verəndə fikir verdim. Nəysə keçək reseptə onuda deyim ki bu reseptdə tələsmək lazım deyil,kərə yağı mütləq yumşaq olmalıdır.


Lazım olanlar:
1 yumurta (orta ölçülü olsun, çok böyük və ya kiçik olmasın.)
125 q kərə yağı
190 q un
70 q şəkər kirşanı
1 ç.q şəkərli vanilin

Hazırlanması:
Yumşaq kərə yağı ilə şəkər kirşanını mikserlə ağarana qədər təxmini 4-5 dəqiqə çalın. Mikseriniz nə qədər sürətlidirsə o qədər də tez ağarar yağ.
Otaq hərarətində olan yumurtanı da bura əlavə edin yenə çalın. Əvvəl yumurtanı qatanda biraz çürümüş kimi olur bu sizi qorxutmasın digər ərzaqlarla qarışdıqca düzəlir krem kimi olur. Krem kimi olanda mikseri söndürün, unun içinə vanilini əlavə edib qarışığın içinə ələyin və qarışdırın. Yapışqan xəmir olur, əvvəlcə krem torbasının ucunu kəsin sonra içinə krem başlığı deyim nə deyim adına rusca:насадки olaraq keçir adı, həmin bu başlığı da torbanın içinə atın kəsilən yerdən başını çıxardın. Sonra krem torbasının içinə xəmiri doldurun,ağzını yaxşıca burun ki arxadan çıxmasın. Yağlı kağız sərilmiş soba listinə xəmiri sıxın, bütün xəmirləri eyni qayda ilə hazırlayın sonra tən ortasını barmağınızla biraz quyu kimi açın amma çox dərinə getməyin. Həmin bu quyu kimi açdığımız yuvaya bərk axmayan giləmeyvə cemi məsələn:moruq,qırmızı qarağat və ya çiyələk cemindən azca əlavə edib 180 dərəcə əvvəlcədən qızdırılmış sobada qızarana kimi bişirin. Mən qırmızı qarağat mürəbbəsinin suyundan istifadə etdim, tumları qalıb içində fikir verməmişəm. :D Yəni lap qıp-qırmızı yox kənarları və altı qızaran da deməli hazırdır. Sobadan götürəndən sonra azca soyusun sonra üstündəki cemi biraz yayılıbsa yenə cem əlavə edin.
Dadlı və kövrək qurabiyə alınır, sayını bilmədim təxmini 15-20 arası olmalıdır. Krem başlığının kodu 9FT
Resepti кулинарим с таней səhifəsindən götürmüşdüm. Mənim yadımda ərzaqların miqdarı çox cüzi fərqlə başqa qalmışdı. :) Əsas odur ki yaxşı oldu,yayılmadı formasını itirmədi.


Hazırlayanlara Nuş Olsun.

4 comments:

  1. Deine Kekse sehen großartig aber ich glaube du hast die Mehlmenge bei den Zutaten vergessen.
    Viele Grüße,
    Jesse-Gabriel

    ReplyDelete
  2. I really loved it,Thanks For Sharing this with us ,i will definitely try this ..

    ReplyDelete