Ürək formalı peçenye resepti.
Lazım olanlar:
110 q kərə yağı
2 dolu x.q xama (yağlılığının fərqi yoxdur, mən 20% istifadə etmişəm)
100 q şəkər tozu
1 yumurta
300-350 q un
1 ç.q qabardıcı toz
1 dolu ç.q şəkərli vanilin
bir çimdik duz
Hazırlanması:
Kərə yağını bir qaba qoyun və qaynatmadan əridin. Şəkər tozu və yumurtanı əl çırpıcısı ilə çırpın, bura ilıq soyuq arası əritdiyimiz kərə yağını əlavə edib yenə çırpın. Xama və duzu da qatıb qarışdırın, əl çırpısını bir kənara qoyun. Unun içinə vanilin və qabardıcı tozu əlavə edib duru məhlulun içinə ələyin. Ələ yapışmayan yumşaq xəmir yoğurun. Yoğrulan xəmiri 2 hissəyə bölün, taxtanın üstünə 2-3 x.q şəkər tozu səpin və xəmiri bacardığınız qədər dördkünc formada yayın. Yayan zaman xəmirin üstünə də eyni miqdar da şəkər tozu əlavə edin. Sonra şəkildəki kimi üz-üzə baxan tərəflərini qatlayın, sonra yenə qatlayın.
Şəkildəki kimi olmalıdır. Elə bu halda çox nazik olmamaq şərti ilə təxmini 1 sm qalınlığında kəsin.
No comments:
Post a Comment