Nəhayət sentyabr ayı gəldi amma havalar mən istəyən kimi deyil, isti keçir.
Nəysə keçək reseptə internetdə birçox yerdə darçınlı kekslər,piroqlar görürdüm məndə bişirdim. Evdə olan ərzaqlarla belə bir keks oldu. Bişirdikdən sonra şəkil çəkməyə təmbəllik etdim, şəkil çoxda qəşəng alınmadı amma birdə gözləsəm nə vaxtsa bu keksdən bişirim şəklini çəkərəm, bax onda növbə çatana kimi aradan çox vaxt keçəcək, dedim elə yaxşısı budur paylaşım.

Çox dadlı yumşaq keks alındı, ümumiyyətlə süd keksə xüsusi yumşaqlıq verir. Resept də qeyd olunmadığı müddətdə heç vaxt südü soyuq əlavə etməyin xəmirə. Süd həmişə azca ilıq vəziyyət də olsun.
Lazım olanlar:
2 yumurta (kiçik olmasın)
230 q şəkər tozu
115 q kərə yağı
115 q kərə yağı
200 ml süd
5 q şəkərli vanilin
2 ç.q qabardıcı toz
300 q un
5 q şəkərli vanilin
2 ç.q qabardıcı toz
300 q un
Ştreyzel üçün:
30 q kərə yağı
50 q şəkər tozu
60 q un
1 ç.q darçın
Hazırlanması:
Əvvəlcə ştreyzeli hazırlayaq. Kərə yağını əridin, içinə un,şəkər tozu və darçını əlavə edib çəngəl ilə qarışdırın. Qırıntı halına düşəndə hazırdır.
keks üçün kərə yağını əridin amma qaynatmayın. əriyən yağı bir qaba boşaldıb üstünə şəkər tozunu əlavə edib mikserlə çalın. 2 dəqiqə sonra yumurtaları əlavə edib yenə qarışdırın. Südü bir qaba töküb ocağa qoyun ilıq olanda ocağın üstündən götürün qarışdırmağa davam etdiyiniz qarışığa asta-asta əlavə edin.
Unun içinə qabardıcı tozu da əlavə edib qarışdırın və məhlula ələyin. İstəsəniz mikserin zəif sürətində istəsənizdə qaşıq və ya spatul ilə unu yaxşıca məhlula qarışdırın. İçində un kütlələri qalmasın. Formaya yağlı kağız sərin və xəmiri bura tökün. Formanın ölçüsü 22 sm amma 20 sm bişirmək olar. Üstünü hamarlayın və hazırladığımız qırıntını keksin üstünə tökün.
180 dərəcə də əvvəlcədən işə salınmış isti soba da təxmini 30-35 dəqiqə bişirin.
çöp salın xəmirə təmiz çıxsa çöp deməli keks bişib.
Soyuyandan sonra yeməyə hazırdır.
Hazırlayanlara nuş olsun.
No comments:
Post a Comment