April 8, 2024

Qoz (Орешки)


Qoz peçenyesi (орешки со сгущенкой) 

Lazım olanlar:
150 q kərə yağı
120 q şəkər tozu
2 ədəd yumurta
300 q + 30 q un
1 ç.q şəkərli vanilin
Yarım ç.q qabardıcı toz

İçi üçün:
1 banka bişmiş qatılaşdırlmış süd




Hazırlanması:
Unu dərin bir qaba ələyin,ardından şəkər tozu və yumşaq yağı da əlavə edib umac halına gətirin. Vanilin və qabardıcı tozu da qatıb qarışdırın. 10-15 dəqiqə əvvəl soyuducudan götürdüyünüz yumurtalarıda umaca əlavə edib xəmir yoğurun. Yumurtanın böyüklüyünə görə xəmir əlavə un tələb edir. Miqdar sizi çaştırmasın 30 qram unu əlavə olaraq yazmışam. Siz 300 qram una şəkər və yağı qatıb umac edin, gördünüz ki yumurtaları qatandan sonra xəmir əlinizə yapışır onda bu əlavə 30 qram unu əlavə edib xəmiri yoğurun. Ələ yapışmayan amma yumşaq xəmir olmalıdır. Xəmirdən qabıqlı fındıq boyda kündələr tutun. Hamısını eyni boyda hazırlayıb mecməyi/padnos kimi dayaz bir qaba yığın. Üstünü örtüb 15 dəqiqə soyuducuya qoyun dincəlsin,tələsirsinizsə vacib deyil. Qazı orta odda yandırın qoz tavasını qazın üstünə qoyun. Tava təxmini 8-10 dəqiqəyə qızır. Sonra qazın hərarətini biraz da azaldın zəifdən cüzi iti olsun. Tavanın qapağını açın, qızan tavanın hər yuvasına hazırladığınız kündələrdən qoyun və qapağını biraz basaraq örtün qoyun bişsin. Onu da deyim ki, mənim tavamın yağlanmağa ehtiyyacı olmur. Yaxşı qızanda rahat çıxır, amma siz ehtiyyat edirsizsə birən yapışar bu halda hər yuvanı fırçanın köməkliyi ilə azca yağlaya bilərsiz. 3 dəqiqə bir üzü 3 dəqiqə də digər üzünü fırladıb bişirin. Çox qızartmayın qızılı rəngdə olması yaxşıdır. Bişən peçenyeləri bir qaba tökün. Çox vaxt kənarlarında artıq hissələr olur,soyuyandan sonra o hissələri ehtiyyatla bıçaq ilə səliqə ilə kəsin. Kənarlardan çıxan hissələri ovuntu halına gətirin və bişmiş qatılaşdırılmış südə əlavə edib qarışdırın.
Hər bir peçenyenin içinə qatılaşdırmş süddən qoyub iki hissəni üst-üstə birləşdirin. Eyni qayda ilə bütün peçenyeləri hazırlayın. Qozların içini doldurmaq işini anama həvalə etmişəm, mən isə fotosunu çəkmişəm. :) 


Hazırlayanlara nuş olsun.

Çox evlərdə sovet dövründən qalma qoz qəlibi var. Amma hansısa səbəbdən ya yararsız hala düşüb, ya da itib. Bizdə anamda var idi amma qəlibin yuvaları və naxışı bir o qədərdə xoşuma gəlmirdi. Həmişə qab-qacaq satılan yerlərə baxırdım amma olmurdu təsadüfən bir gün  mağazada görüb almışam. Sözümün canı sizdə də yoxdursa tez-tez mağazalara baş çəkin. Nə vaxtsa mütləq rastınıza çıxar. Həm ağırdır həmdə möhkəm. Elektrik ilə işləyən növləri də var, onu da deyim ki nisbətən yuvaları balaca olur. Belə olanda siz özünüz kündələrin ölçüsünü qəlibinizə görə uyğunlaşdıra bilərsiniz.

No comments:

Post a Comment