Elə bildiyimiz ərzaqlar gedir xəmirinə, əlavə olaraq fıstıq lazımdır bizə. İstəsəniz qoz və ya fındıqla da hazırlamaq olar. Amma orjinal resept də fıstıq ilə hazırlanır.
Lazım olanlar:
180 q kərə yağı
170 q şəkər tozu
1 ədəd yumurta (normal böyüklükdə)
350 - 380 q un
5 q şəkərli vanilin
1 ç.q qabardıcı toz
Üstünə:
1 yumurtanın sarısı
100 q qovrulmuş fıstıq
Hazırlanması:
İşə əvvəlcə fıstığı qovurmaqla başlayırıq. Belə ki istər tavada istərsə də sobada qovurmaq mümkündür. Tavada qovurmalı olsanız orta oddan biraz zəif qazın üstünə tavanı qoyub içinə fıstıqları əlavə edib, dayanmadan qarışdıraraq 10-15 dəqiqə qovurun. Qovrulana yaxın fıstıqlardan birini götürün qabığı rahat soyulur və rəngi qızılı rəngdədirsə deməli hazırdır. Çox da qovurmayın çünki peçenyenin üstündə də qızaracaq.
Sobada qovurmalı olsanız yenə fıstığı tavaya əlavə edin 180 dərəcəli sobada 10-15 dəqiqə qovurun.
Biraz soyuyandan sonra qabığını təmizləyin və doğrayın. Asan olsun deyə blenderdə də üyüdmək olar,lakin çox da narın olmasın, dişə dəyməlidir.
İsti vəziyyətdə fıstığı blenderə atmayın yağını buraxır, tamam soyuyandan sonra doğrayın və ya üyüdün.
Otaq temperaturunda yumşalmış kərə yağı və şəkər tozunu bir qabda 5-7 dəqiqə ağarana kimi çalırsınız. Bura yenə otaq temperaturunda olan yumurtanı əlavə edib yumurta tamam yağa qarışana kimi çalırsınız. Krem kimi olmalıdır. Unun içinə qabardıcı toz və vanilini qatıb qarışdırın və məhlula ələyin. Ələ yapışmayan lakin yumşaq xəmir olmalıdır. Xəmiri streç plyonkaya büküb və ya ağzı bağlanan bir qaba qoyub soyuducuda 30 dəqiqə gözlədirsiniz.
Taxtanın üstünə azca un səpin, xəmiri iki hissəyə bölün birini yayan zaman digərini göndərin yenə soyuducuya.
Xəmiri təxminən yarım santimetr qalınlığında yayın və kənarları diliyli qurabiyə kəsən ilə kəsin. Daha sonra ortasını da krem başlığı və ya butulka qapağı ilə yumru kəsib götürün.
Yağlı kağız sərilmiş soba tavasına düzün peçenyeləri. Ardınca üzərinə yumurta sarısı sürtüb üstünə də doğranmış fıstıqları tökün. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada qızarana kimi bişirin. Təxmini bu müddət 14-16 dəqiqə olur, nəzarət etməyi unutmayın. Hazırlayın dadına baxın məncə bəyənəcəksiniz hazırlayanlara nuş olsun. Bu dəfə addım fotosu çəkmişəm, anamın köməkliyi ilə :)






No comments:
Post a Comment