September 16, 2021

Ballı bulka


Bu dəfəki bulka reseptində şəkər tozu yox bal istifadə olunur. İlk dəfə sadə hazırlamışdım bu dəfə kişmiş əlavə etdim xəmirinə. Evdə kişmiş yoxdursa vacib deyil.


Lazım olanlar:
2 böyük yumurta ( çox kiçikdirsə 3 ədəd götürün)
250 ml su
45 ml duru yağ
1 dolu ç.q quru maya
115 q bal
1 ç.q şəkərli vanilin
1 ç.q duz
550-570 q un (yumurtaların ölçüsünə görə un miqdarı dəyişə bilər)

zövqə görə 80-100 qram kişmiş

Üstü üçün:
1 yumurtanın sarısı
küncüt

Hazırlanması:
İlıq suyun içinə mayanı qatıb qarışdırırsız. Otaq temperaturun da olan yumurtaları bir qaba sındırın və üzərinə balı əlavə edib əl çırpıcısı və ya çəngəl ilə qarışdırın.
İlıq suyun içinə ballı yumurtanı əlavə edin,duz,vanilin və duru yağı da qatıb qarışdırın. Ən axırda unu mayenin içinə ələyin və ələ yapışmayan lakin yumşaq xəmir yoğurun. Nə qədər yoğurub xəmiri hamar vəziyyətə gətirsəniz o qədər yaxşıdır. İstəsəniz kombayn mikserlə də xəmir yoğura bilərsiz, seçim sizə qalıb.  
Yoğrulan xəmirin üstünü bağlayıb mayalanmağa qoyun. Qış ayında süfrəyə bükəbilərsiniz. 
Əgər xəmirə kişmiş qatsanız ən axırda qatıb yoğurun.
Mayalanıb şişən xəmiri kündələrə ayırın 10-12 arası kündə çıxır baxır böyüklüyünə. Kündələrin üstünü örtün biraz dincəlsin sonra birini götürün uzunsov çubuq formasına gətirin. Ehtiyyatla edin bir tərəfi nazik,digər tərəfi qalın olmasın.


Sonra şəkildəki kimi xəmiri yarıya kimi bükürsüz. Altdaki uzun hissəni həmin dairənin içindən keçirdirsiz.  Yuxarıda qalan yumrunu öz ətrafında bir dəfə burursuz 8 kimi olmalıdır. Ən axırda da yerdə qalan digər hissəni də yuxarıda olan deşiyin içindən çıxardırsız. Ümid edirəm başa düşmüsüz :D
Bütün xəmirləri eyi formada hazırlayırsız. Soba tavasına düzün bulkaları və üstünə çay dəsmalı örtüb 30 dəqiqə yenidən mayalanmasını gözləyin.
Yumurta sarısına 1 ç.q su və ya süd əlavə edib qarışdırın və fırça ilə bulkaların üstünə çəkin. Ən axırda küncüt səpin və 180 dərəcəli əvvəlcədən isidilmiş soba da qızarana qədər bişirin.

Hazırlayanlara nuş olsun.
*resepti burada görmüşdüm yadımda fərqli qalmışdı, elə yadımda qalan kimi hazırlayıram. :)




No comments:

Post a Comment