Ballı tort resepti (торт медовик)
Ballı tortu çox insan sevir, Rusların dünya mətbəxinə qazandırdığı çox dadlı bir şirniyyatdır. Mənim ən çox sevdiyim tortlardan biridir, biz balaca olanda anam tez-tez bişirərdi :)
Telefonla da olsa bir neçə addım fotosu çəkdim, ancaq xəmirin fotosunu necə olubsa yadımdan çıxıb çəkməmişəm.
İstifadə etdiyim qabın diametri 22 sm
Lazım olanlar:
200 qram şəkər tozu
100 qram kərə yağı
2 böyük yumurta
2 dolu x.q bal
1 çay qaşığı ç.soda (tam dolu olmayan)
410 qram un (resept də 400-500 arası yazılmışdı. Mən 410 vurdum kifayət elədi)
Krem üçün:
250 qram kərə yağı
1 banka qatılaşdırılmış süd (qabın dibində 2-3 x.q saxlayın, bir bankanın hamısı lazım olmur)
Ara qatlara zövqə görə 100 qram üyüdülmüş qoz
Hazırlanması:
Əvvəlcə bir qazan götürün və qazana təxmini 2.5 stəkan su tökün, qoyun ocağın üstünə su qaynasın. Zəif odda qaynadın suyu.
Həmin qazanın üstünə yəni ağzına uyğun bir qab qoyun içinə də yağ,bal və şəkəri əlavə edin.
Ağzına qoyduğunuz qab suya dəyməməlidir, alt da qaynayan suyun buxarı qabı isidəcək və içindəki ərzaqlar əriyəcək.
Qarışdıraraq butun ərzaqları əridin, şəkər tozu tamam əriyəndən sonra (qarışdırdığınız qaşığa baxın qaşığda şəkər dənəcikləri görmürsüzsə onda şəkər əriyib) ç.sodanı əlavə edin və yenə qarışdırın.
Görəcəksiz ki köpük-köpük olur qalxır qorxmayın belə də olmalıdır. 2 dəqiqə də bu vəziyyət də qarışdırın.
İlıq vəziyyətdə yumurtaları əlavə edirik ki, yumurtalar xamirin istiliyi ilə bişməsin.
Yumurtaları da məhlula qatıb yaxşıca qarışdırın, istər qaşıq istrsə də əl çırpıcısı ilə qarışdırmaq olar.
Unu da ələyib hissə-hissə qatın və qarışdırın. Unutmayın xəmir isti olanda unu çox aparır, mütləq ilıq soyuq arası olmalıdır ki, həm yumurtalar bişməsin, həm də xəmirə un çox getməsin.
Xəmir əl ilə yoğrulmaya əlverişli deyil biraz yumşaq olur, ona görə də elə həmin qabda qalsın, qabın ağzına streç plyonka vəya qapaq örtüb soyducuda 30-45 dəq.
saxlayın. Soyuducu da saxlamayanda xəmirlə işləmək çox çətin olur, yığıb yığışdırmaq olmur.
Vaxt tamam olandan sonra xəmiri 8 hissəyə bölün taxtanın üstünə azca un səpin və xəmiri yumru açın. (7 ədəd tort üçün, digəri isə ovuntu üçün)
(Son zamanlarda bişirəndə kənarları açarlı olan keks tavasının kənarını götürün ancaq altı qalsın altlığının üstünə yayıb, elə onunla biryer də sobaya göndərirəm.)
Bu üsül ilə çox asan olur, həm də kənarları səliqəli olur. Tavanı yağlamağı yaddan çıxartmayın.
Yoxdursa əgər yağlı kağız üstündə yumru açın xəmiri və göndərin sobaya.
Kənarlarının səliqəli olması üçün qapaq vəya boşqabı tərs fırladıb bıçaq ilə ətrafından keçib, yumru kəsmək olar. Kənarları çox çıxsa ona 8-ci korju ovuntu etməyin, onu da tortun diğər qatı olaraq bişirin.
Sobanı işə salın 200 dərəcə də 5-6 dəqiqəyə bişməlidir, nəzarət etməyi unutmayın.
Bütün korjları eyni üsul ilə bişirin, qoyun soyusun. Sondaki 8-ci korju digərlərindən biraz kiçik götürün onu ovuntu edəcəyik.
Krem üçün otaq temperaturundaki yağı 4-5 dəqiqə mikserin ən yüksək rejimin də çalın.
Sonra qatılaşdırılmış südü də əlavə edin 10 dəqiqə müddətində yenə çalın. Krem havalı və bərk olmalıdır.
Unutmayın, yağ mütləq yumşaq otaq temperaturunda olmalıdır, əks halda soyuq yağla qatılaşdırılmış südü biraz çalandan sonra çürümə baş verir.
Korjun birini götürün üstünə krem çəkin, üyüdülmüş qozdan tökün və digər korju üstünə qoyun.
Bu ardıcıllıqla tortu yığın. Üstünü və kənarlarını da kremləyib, ovuntuyla hər yerini örtün.
Ən azı 12 saat dincəldin tortu, sonra kəsib nuş edə bilərsiz.
Qeyd edim ki, şəkili hazırladıqdan 1 gün sonra çəkmişəm.
Recipe adapted from: gotovim-doma

No comments:
Post a Comment