Lazım olanlar:
100 q kərə yağı
200 q şəkər tozu
100 ml süd
2 yumurta (çox kiçik olmasın)
230 q un
2 ç.q qabardıcı toz
10 q şəkərli vanilin
90-100 q şokolad (mən 56% istifadə etmişəm, südlü ilə də çox dadlı olur.)
Hazırlanması:
Əvvəlcə plitka şokoladı bıçaqla xırda hissələrə bölün.
Otaq tempertaurundaki yağla biryer də şəkəri mikserin ən yüksək sürətində 3-4 dəqiqə ərzində çalın.
Krem kimi olanda yumurtaları bir-bir əlavə edib yenə çalın. 2 dəqiqə də yumurtaları əlavə etdikdən sonra qarışdırın və mikseri söndürün.
Unun içinə qabardıcı və vanilini qatıb qarışdırın, sonra ələyin.
Unun yarısını məhlula qatın qaşıqla qarışdırın, südü əlavə edin qarışdırın. Unun qalan hissəsi və doğranmış şokoladı da qatıb qarışdırın. Biraz qatı bir xəmir olur yəni qaşıqdan axıb getmir.
Yağlanmış maffin qəlibinə xəmirdən hər yuvaya paylayın və 170 dərəcə də üstü qızılı rəng alana kimi bişirin. İlk 20 dəqiqə heç sobanın ağzını açmayın. Bişib bişməməyini çöp ilə yoxlamağı unutmayın.
Hazırlayanlara NUŞ OLSUN!
No comments:
Post a Comment