May 23, 2019

Vanilli dondurma


3 ərzaqdan ibarət dondurma. Ev şəraitində dondurma hazırlamaq çox asandır. Mən bu resepti ilk dəfə keçən il yay ayında hazırlamışdım. Əslinə qalan da dondurma hazırlayan kombaynlar var bunun üçün, ancaq hər evdə belə kombaynlar olmaya bilər. Aşağıda qeyd edəcəyim proseslərə düzgün əməl etsəniz dondurmanız çox gözəl alınacaq. Əriməsin deyə tez-tələsik şəklini çəkdim.Mən üstünə südlü şokolad tökmüşəm, zövqə uyğun karamel istifadə etmək olar.



Lazım olanlar:
480 q qaymaq 33%
250 q qatılaşdırılmış süd
5 qram şəkərli vanilin

Zövqə uyğun tünd vəya südlü şokolad 

Hazırlanması:
Qaymağı istifadə etməmişdən əvvəl soyuducudan götürüb 20 dəq. buzxanaya qoyun. Sonra bir qaba boşaldın, vanilini əlavə edin ilk 30 saniyə mikserin orta sürətin də bir istiqamət də qaymağı çalın. Daha sonra sürətini ən son həddə çatdırın və yenə eyni istiqamət də çalın. 3-4 dəqiqənin sonunda görəcəksiz ki qatılaşır. Mikserin sürətindən asılı olaraq.
Qatılaşan qaymaq bərk olur bir növ beze kimi onda qatılaşdırılmış südü əlavə edin və 30 saniyə çalın. Çox çalmayın gördünüz ki qarışdı söndürün mikseri.
Ağzı sıx bağlanan bir qaba boşaldın dondurmanı, 1 saatlıq buxanaya qoyun.
1 saat tamam olduqdan sonra götürün buzxanadan çəngəl ilə qarışdırın əsasən kənarlarını qabın divarından içə doğru qarışdırın.
Bu prosesi 2-3 dəfə hər 1 saat dan bir təkrar edin. Bu prosesi onun üçün edirik ki dondurma da buz kristalları olmasın.
Həmin gün yemək istəsəniz ən az 5-6 saat buzxanada qalsın ki tam donsun.
Səhəri günə yemək istəsəniz problem yoxdur, bütün gecəni buzxanada qalacağı üçün tam donacaq.

Mənim mikserimin qabı buzxanaya girmədi onun üçün qoya bilmədim. Ancaq siz istəsəniz tam qarantiya altına almaq üçün resepti qaymaqla birlik də qabı və mikserin qarışdıran başlıqlarını da buzxanaya qoyabilərsiz.
Unutmayın qaymaq soyuq olmalıdır ki, yaxşı bərkisin.

Hazırlayanlara nuş olsun. 

Recipe adapted from: finecooking.ru


No comments:

Post a Comment