June 1, 2019
Qurabiyə şampinyon
Şampinyon göbələyi formasında qurabiyələr. Görünüşcə çox qəşəngdir, dadı isə çox dadlıdır. Tərkibində olan qarğıdalı nişastasının təsirindən çox kövrək və ağızda dağılan bir qurabiyə alınır. Hazırlanması da xususi bir qabiliyyət tələb etmir.
Lazım olanlar:
100 q kərə yağı
100 q şəkər kirşanı
1 yumurta
40 q qarğıdalı nişastası
235 q un
bir çimdik duz
1 ç.q qabardıcı toz
5 q şəkərli vanilin
forma vermək üçün butulka qapağı
1 ç.q kakao
Hazırlanması:
Otaq temperaturun da olan kərə yağı ilə şəkər kirşanını mikserin ən yüksək sürətində 1 dəqiqə çalın.
Krem halına gələndə yumurtanı da bura əlavə edib 1 dəqiqə müddətində çalın.
Un,nişasta,qabartma tozu və vanilini bir qabda qarışdırın və ələyin.
Ələ yapışmayan ancaq yumşaq xəmir yoğurun.
Xəmirdən kündələr qopardın, yumrulayın və yağlı kağız sərilmiş soba listinə düzün.
Daha sonra butulka qapağının ağzını azca yağlayın və kakaoya batırın. Ağzı üstünə qurabiyələrin tən ortasına qapağı batırın xəmirin ortasına kimi.
Sonra ehtiyyatla kapağı götürün görəcəksiz ki, göbələk formasını aldı.
Qapağı hər qurabiyə üçün kakaoya batırın ki, forması bilinsin.
180 dərəcə də əvvəlcədən isdilmiş soba da 15-17 dəqiqəyə bişməlidir.
Bu qurabiyələr ağ qalır ona görə çalışın vaxtını ötürməyin, qızarmasın.
Vaxtı tamam olduqdan sonra qurabiyələrə toxunun gördünüz ki qurudur, onda götürün sobadan. Yanın da bir fincan çayla birlikdə nuş edin.
Qeyd edim ki bu resept dən 17 ədəd qurabiyə alındı.
Müəllif:
Məhin
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment