July 29, 2019
Qumlu piroq
Lazım olanlar:
200 q kərə yağı
150 q şəkər tozu
1 yumurta
370 q un
yarım çay qaşığı ç.soda
5 qr şəkərli vanilin
alma povidlası
Hazırlanması:
Otaq temperaturunda yumşalmış kərə yağına şəkər tozunu əlavə edib, 3 dəqiqə çalırıq mikserlə.
Yumurtanı da əlavə edirik bura və yenə çalırıq təxmini 1 dəqiqə müddətində.
Unun içinə sodanı və vanilini qatıb qarışdırırıq, hissə-hissə duru məhlula qatıb xəmir yoğururuq.
Xəmiri yağlı kağızın üstün də bacardığınız qədər dördkünc formada açırsız.
Yarım santimetr hündürlüyün də, mən də eni 35 uzunlğu 30 sm oldu. Dördkünc soba listinə yağlı kağızla biryer də qoyursuz.
200 dərəcə də əvvəlcədən isidilimiş soba da 15-17 dəqiqə üstü qızılı rəngdə olana kimi bişiririk.
Çox qızardıb qurutmayın. Sobadan götürdük dən 10 dəqiqə sonra xəmiri kəsin kənarlarının qeyri bərabər hissələrini kəsin götürün ovuntu edin.
Daha sonra dördkünc formada olan xəmiri xətkeşin köməkliyi ilə eninə tən ortadan kəsin.
İlk qata 3-4 xörək qaşığı povidla çəkin, sonra digər korju üstünə qoyun onun da üstünə eyni miqdar da povidla çəkin və üstünə ovuntunu səpin, bərabər hissələrə bölün.
Yarım saat qalsın tam soyusun sonra bir fincan çayla nuş edin.
(İstifadə etdiyim povidlanı payızda anam evdə bişirmişdi, biz hər il belə edirik siz mağazadan alıb hazırlaya bilərsiz.)
Recipe adapted from: Elena Demyanko
Müəllif:
Məhin
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment