December 19, 2019

Zebra keks


Zebra keksi və ya piroqu. Пирог зебра на сметане.  Çox dadlı və yumşaq keks alınır, xama ilə çox dadlı olur qatıqla belə olmur. Xamanın əvəzinə süd və ya kefir də istifadə etmək olar lakin onlar duru olduğu üçün un miqdarın da dəyişiklik tələb edəcək. Elə yaxşısı budur siz xama ilə hazırlayın. :D

Mən 20 sm olan qab da bişirdim hündürlüyü şəkildəki kimi olur, siz çox hündür istəsəniz 18 sm olan qab da bişirəbilərsiz.


Lazım olanlar:
100 q kərə yağı
200 q şəkər tozu
3 yumurta
135 q xama (yağlılığı 20%)
200 q un
20 q kakao tozu
10 q qabardıcı toz
5 q şəkərli vanilin 

Hazırlanması:
Şəkər tozu ilə yumşaq kərə yağını mikserin ən yüksək sürətində 5 dəqiqə çalın.
Yumurtaları bir-bir əlavə edib yenə çalın, axırda otaq temperaturunda olan xamanı bura əlavə edin və 1 dəqiqə müddətində mikserin orta sürətin də çalın.
Unun içinə qabardıcı toz və vanilini qatın və ələyin. Ələnən unun yarısını məhlula qatın qarışdırın, sonra qalan hissəni qatıb qarışdırın. Kakao tozunu bir qaba tökün üstünə 2 x.q isti su töküb qarışdırın, (lazım olsa yarım xörək qaşığı da əlavə etmək olar)  keks xamirinin 2 yerə ayırın. Biri sadə qalmalıdır digərinin isə üstünə suda həll etdiyimiz kakaonu tökün və qarışdırın.

İlk olaraq ağ xəmirdən bir dolu xörək qaşığı bişirəcəyiniz qabın tən ortasına tökün, üstünə yenə 1 dolu x.q kakaolu xəmirdən tökün. Bir ağ, bir kakaolu olaraq davam edin xəmir qurtarana qədər bu prosesi təkrarlayın.
180 dərəcə də əvvəlcə dən isidilmiş soba da 45-50 dəqiqə bişirin.
Sobadan sobaya fərq var üstü qızardıqdan sonra çöp ilə bişib bişmədiyini yoxlamağı yaddan çıxartmayın.
Çöp quru çıxsa deməli hazırdır.
İlıq vəziyyət də üstünə şəkər kirşanı və ya şokoladlı qanaj tökmək olar.

Hazırlayanlara Nuş olsun!



No comments:

Post a Comment