January 19, 2020
Kəsmikli ponçik
Kəsmikli ponçik və ya kəsmikli toplar.
Az ərzaq tələb edən dadlı şirniyyat istəyirsizsə bu resept çox xoşunuza gələcək.
Lazım olanlar:
180 q kəsmik (yağlılığı 3%)
4 x.q şəkər tozu
1 böyük yumurta
170 q un
1 ç.q şəkərli vanilin
2 ç.q qabardıcı toz
Qızartmağa duru yağ (qarğıdalı istifadə etmişəm)
Üstünə şəkər kirşanı
Hazırlanması:
Kəsmiyi dərin bir qaba qoyun, içinə şəkər tozunu və yumurtanı əlavə edib qarışdırın.
(istəsəniz əl blenderi ilə də qarışdırmaq olar)
Bütün ərzaqlar bir-birinə yaxşıca qarışdıqdan sonra unun içinə qabardıcı toz və vanilini əlavə edib məhlula ələyib qarışdırın. Xəmir halını alandan sonra xəmirdən qabıqlı qoz böyüklüyündə kündələr hazırlayın. Bütün kündələri böyük bir qaba aralarında məsafə saxlamaq şərtiylə düzün. Kiçik bir qazanda və ya dərin bir tava da duru yağı qızdırın və bura etiyyatla kəsmikli topları əlavə edin. Qaşıqla fırladın ki hər bir tərəfi eyni bişsin, çox iti odda bişirməyin yağa salan kimi üstü qabıq bağlayar amma içi bişməz orta odda bişsə yaxşıdır. Nəzarət edin yəni kənarlarından bişdiyinə dair qabarcıqlar görsəniz bilin ki bişir, eyni anda hamısını qoymayın yağa, yağ soyuyar bu vaxt da xəmirlər içinə yağ çəkər.
Qızaran ponçikləri kağız salfetka üstünə qoyun artıq yağı süzüləndən sonra ilıq vəziyyət də üstünə şəkər kirşanı səpin. Saxlamadan elə isti-ilıq arası yesəniz yaxşıdır, soyuyan dan sonra o qədər də dadlı olmur.
Hazırlayanlara Nuş olsun.
Müəllif:
Məhin
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment