Napoleon tortu. Biraz zəhmətli gəlir mənə çox vaxt tələb edir.
Şəkil tez tələsik oldu əslində mən özümü tələsdirdim elə bil harasa çatdırmalıyam. :D
430 q un
250 q kərə yağı
100 ml soyuq su
1 yumurta
1 x.q üzüm sirkəsi
yarım ç.q duz
Krem üçün:
200 ml süd
15 q qarğıdalı nişastası
1 yumurtanın sarısı
90 q şəkər tozu
30 q kərə yağı
şəkərli vanilin
300 q qaymaq (yağlılığı 33%)
qabın diametri 20sm
Tortun layları bişən zaman biraz yığılır, 18.5/19 sm olur bişdikdən sonra.
Hazırlanması:
Əvvəlcə kremi hazırlayaq. Krem üçün kiçik bir qazana südü tökün, içinə yumurta sarısını,nişasta,şəkər tozunu əlavə edib əl çırpıcısı ilə qarışdırın. Sonra ocaqda orta odda dayanmadan qarışdıraraq qatılaşana kimi bişirin. Krem bişəndə vulkan kimi qabarcıqlar olur 10 saniyə belə bişsin siz yenə qarışdırın sonra ocaqdan kremi götürün içinə kərə yağı və vanilini qatıb qarışdırın. Kərə yağını kremin içində əridin.
Təmiz bir qaba boşaldın kremin üstünə streç plyonka örtün, amma qabın üstünü yox kremin üstünə dəyəcək formadan örtün ki krem qabıq bağlamasın. Krem fotoda ki kimi olur amma mən hələ üstünü bağlamamışdım burda.
Unu dərin bir qaba ələyin. Soyuducudan götürdüyünüz kərə yağını sürtgəcin iri gözündən geçirdin. Yağı una batıraraq edin bu prosesi.
Soyuq suyun içinə yumurta,sirkə və duzu əlavə edib qarışdırın. Yağı rəndələyib qurtardıqdan sonra unla yağşıca qarışdırın və suyu bura əlavə edib xəmir halına salın.
Daha sonra xəmiri streç plyonkaya büküb 1 saat müddətin də soyuducuya qoyun.
Xəmirdən 10 ədəd eyni boyda kündələr hazırlayın. Sonra o kündələri yenidən qaba qoyub soyuducuya qoyun. Bir-bir götürüb istifadə edin.
Xəmiri incə yayın 20 sm halqa tort qəlibi və ya boşqab ilə kəsin, çəngəl ilə deşin ətrafındaki hissələri əsas xəmirdən bir qədər aralı saxlayaraq sobaya qoyun.
220 dərəcə də 5-7 dəqiqə bişirin. Qızılı rəng almalıdır, ağ götürməyin biraz qızarsa yaxşıdır xırt-xırt olsun.
Bütün xəmirlər bişəndən sonra kremin digər hissəsini hazırlayaq.
Soyuq qaymağı mikserdə çalırıq, əvvəlcə 30 saniyə orta sürətdə eyni istiqamət də sonra yüksək sürət də eyni istiqamətə doğru. Gördünüz ki bərkiyir qatılaşır onda bişirdiyimiz kremdən bura qaşıq-qaşıq əlavə edib çalırıq. Sonda 1 dəqiqə müddətində çalırıq kremi və krem hazırdır.
Tortun hər qatını kremləyb tortu yığırıq. Ən axırda kənarlardan çıxan hissələrdən etdiyimiz ovuntu ilə tortun hər bir yerini örtürük.
Soyuducu da 1-2 saat qoyuruq özünü tutsun. Yeməmişdən əvvəl tortun üstünə şəkər kirşanı səpin. Kəsən də çalışın iti bıçaqla kəsin, kövrək olduğu üçün ordan burdan kremlər çıxır.
Xırt-xırt alınır desəm yalan olar,çünki kremləyəndən sonra yumşalır.
Nə vaxtsa xırt-xırtlı napaleon resepti tapsam onu da bölüşərəm.
Hazırlayanlara Nuş olsun.
Çox dadlı blogdur :) Hem korjikler, hem xvorost uşaqlığımın en şirin, isti anlarını xatırlattı. Seçdiyim reseptleri sırayla hazırlamağı düşünürem. Teşekkürler ve uğurlar...
ReplyDeleteÇox sağolun. Mən artıq neçə dafələrlə hazırlamışam korjikləri ölçülərə düzgün əməl etsəniz əminəm ki çox dadlı alınacaq.
ReplyDelete