Lazım olanlar:
360 q un
100 q kərə yağı
150 q xama (yağlılığı 20%)
2 yumurtanın sarısı
100 q şəkər tozu
1 ç.q qabardıcı toz
5 q şəkərli vanilin
İçlik üçün:
2 yumurtanın ağı
150 q qoz ləpəsi
120 q şəkər tozu
Hazırlanması:
Unu dərin bir qaba ələyin, içinə qabardıcı toz və vanilini də qatıb qarışdırın. Soyuducudan çıxan kərə yağını sürtgəcin iri gözündən keçirdin. Kərə yağını una batırın hər tərəfini sonra rəndələyin. Şəkəri də əlavə edib, yağla unu umac kimi edin, sonra bura xamanı və yumurta sarılarını əlavə edib xəmir halına salın.(ərzaqlar soyuq olsa yaxşıdır) Xəmiri streç plyonkaya büküb 15 dəqiqə soyuducu da dincəlməyə qoyun. Bu vaxt ərzində içliyi hazırlayaq.
İçlik üçün qozu blender və ya ləpəçəkən də üyüdürük, bir qaba boşaldıb üstünə şəkəri əlavə edib qarışdırırıq. Yumurta ağlarını da qoza əlavə edib qarışdırırıq, bir növ yapışqan xəmir kimi olur içlik. Vaxt tamam olduqdan sonra xəmiri soyuducudan götürüb dörd yerə bölüb kündə halına salırıq. Hər kündəni çox az unla unlanmış yerdə incə açırıq və şəkildəki kimi 10-12 hissəyə kəsirik. İçlikdən hər kəsilən xəmirə paylayırıq və bükürük, bükülən yer altda qalmalıdır.
Hazırlayanlara Nuş olsun!
No comments:
Post a Comment