November 16, 2019

Darçınlı bulka


Darçınlı bulka, payız fəslinə uyğun bulka növüdür bişən vaxt ətrafı xoş darçın ətri bürüyür.
Mən əvvəllər o qədər də darçın sevmirdim axır illər də əvvəl ki zamanlara nisbətən münasibətim pis deyil. Siz də sevmədiyiniz ədviyyatlar varsa bir daha şans verin onlara, bəlkə sevərsiz :)

Lazım olanlar:
200 ml ilıq süd
30 q kərə yağı
1 yumurta
3 ç.q şəkər tozu
1 ç.q quru maya
tam dolu olmayan 1 ç.q duz
300-350 q un



İçlik üçün:
30-40 q yumşaq kərə yağı
5 x.q şəkər tozu
1 ç.q darçın 

Hazırlanması:
İlıq südün içinə şəkər tozunu və quru mayanı qatıb qarışdırırsız.
5 dəqiqə kənarda qalır, içinə əritdiyiniz kərə yağını da əlavə edirsiz, kərə yağını əridən zaman fikir verin qaynamasın.
Otaq temperaturun da olan yumurta və duzu da bura qatıb qarışdırın. Ən axırda unu hissə-hissə ələyib xəmir yoğurun. Xəmir yumşaq olmalıdır həm də ələ yapışmamalıdır.
Üstünü bağlayıb 1 saat-1.5 saat mayalnmaya qoyun isti yerdə.
Həcmi artan xəmiri çox az unla unlanmış taxta üstün də bacardığınız qədər dördkünc açın təxmini 7-8 mm qalınlığın da.
Yup-yumşaq kərə yağını xəmirin üstünə yaxın, və şəkər tozuna darçın qatıb qarışdırdığımız şəkərli qarışığı da kərə yağının üstünə səpin.
Ehtiyyatla rulet kimi bükün və kəsin. Mənim qabım dördkünc qabdır 16x16 ölçülərin də mən 9 yerə böldüm ruleti.
Yağlı kağız sərilmiş qabın içinə düzün və 30 dəqiqə yenidən bişirəcəyiniz qab da şişməsini gözləyin.180 dərəcə də əvvəlcədən işə salınmış sobada qızarana kimi bişirin.

Hazırlayanlara nuş olsun.



No comments:

Post a Comment