October 14, 2019

Kəsmikli bulka - Vatruşka


Kəsmikli bulka vatruşka. Ватрушки с творогом.

Lazım olanlar:
150 ml süd
55 q kərə yağı
1 yumurta
1 x.q şəkər tozu
1 ç.q quru maya
1 ç.q duz
1 ç.q şəkərli vanilin 
300-350 q un

İçlik üçün:
220 q kəsmik (yağlılığı 5%)
3 x.q şəkər tozu
1 yumurta
zövqə görə kişmiş

Üstünə sürtməyə:
1 yumurta sarısı




Hazırlanması:
İlıq südün içinə quru maya, şəkər tozu və 1 dolu x.q unu əlavə edib qarışdırın. Üstünü örtüb 15-20 dəqiqə isti yerdə mayalandırın.
Kərə yağını əridin bir qaba boşaldın, ilıq olan yağın içinə otaq temperaturun da olan yumurtanı qatıb qarışdırın. Köpüklənən mayalı südlü qarışı da bura əlavə edib qarışdırın. Duzunu və vanilini qatıb qarışdırdıq dan sonra unu ələyib hissə-hissə əlavə edin. Yumşaq ələ yapışmayan xəmir yoğurun, xəmirin üstünü örtüb isti yerdə saxlayın 1.5 - 2 saat mayalandırın. Xəmir iki qatına çıxmalıdır. 8 ədəd bərabər kündəyə bölün xəmiri, yumrulayın və soba listinə araların da məsafə saxlayaraq düzün. Üstlərini örtüb yenidən list də mayalndırın, 15-20 dəqiqə. 

İçlik üçün kəsmiyi bir qaba qoyub, üstünə şəkər tozu və yumurta əlavə edib əl blenderi nin köməyi ilə qarışdırın. Kəsmik gilə-gilə olduğu üçün əzmək şərtdir.
Hamar krem kimi olan da kişmişi bura əlavə edib qaşıqla qarışdırırıq.
Kündələrin ortasın da çuxur açmaq üçün altı düz yəni naxışsız stəkan, kiçik banka eviniz də nə varsa onun altını azca duru yağla yağlayıb xəmirlərin düz ortasına batırırıq. Hər xəmir üçün stəkanın altını yağlamanız məsləhətdir. Əlinizlə də düzəliş verə bilərsiz,
mən kiçik armudu stəkan istifadə etdim.



Bütün xəmirləri eyni formada hazırlayan dan sonra hər birinə 1 x.q kəsmikli içlikdən paylayın. Ən axırda ehtiyattla yumurta sarısını bulkanın kənarlarına çəkin. (kəsmikli hissəyə çalışın vurmayın yumurtanı) 180 dərəcə də əvvəlcədən isidilmiş soba da qızarana kimi bişirin. 



Hazırlayanlara NUŞ OLSUN!



No comments:

Post a Comment