İçi povidlalı roqalik resepti. Рогалики с повидлом. Rugelach recipe
Kövrək xəmirli yumşaq içlikli çox dadlı şirniyyatdır. İçlik olaraq mən alma povidlası istifadə etmişəm, ərik və s. istifadə etmək olar. Mürəbbə olmaz, çünki mürəbbə sulu olduğu üçün içindən daşıb yanabilər.
Lazım olanlar:
140 q kərə yağı
1 yumurtanın sarısı
130 q şəkər tozu
140 q xama (istənilən yağlılıqda olar 15,20,25% fərq etməz)
330 q un
5 qram şəkərli vanilin
yarım çay qaşığı ç.soda
İçi üçün:
alma povidlası
Üstü üçün:
şəkər kirşanı
Hazırlanması:
Yumşaq kərə yağı, xama, şəkər tozu və yumurta sarısını bir qabda qarışdırın bir-birinə. Unun içinə soda və vanilini qatıb ələyin qarışığın içinə, yumşaq ələ yapışmayan xəmir yoğurun. Mandarin böyüklüyündə kündələr götürün, unlanmış taxta üzərində incə yayın.
Əvvəlcə yuxarıdan aşağı sonra da soldan sağa kəsin, həmin 4 yerə bölünən xəmirləri yenə üçbucaq formada bölün. Baş tərəfdən enli olan hissəsinə bir ç.q povidla qoyuruq rulet kimi bükürük.
190-200 dərəcə də 20-25 dəqiqə bişirin. Altı qızarmalıdır, üstü də azca qızarmış kimi olmalıdır, yəni toxunduğunuz da quru olmalıdır.
Bişəndən sonra ilıq vəziyyət də üstünə şəkər kirşanı səpin.
Hazırlayanlara nuş olsun.
No comments:
Post a Comment