Mərmər naxışlı keks. Keks sevən biri olaraq bu keksi də çox bəyənirəm, həm yumşaq həm də ağızda dağılan keksdir. Üstü üçün şokoladlı qanaj edib tökmək olar, yaxud şəkər kirşanı ilə bəzəmək olar. Mən bu dəfə sadə saxladım, keks çox qəşəng partlamışdı istəmədim altda qalsın, məndə elə bu formada şəklini çəkdim. Qəlibin ölçüsünü bilmirəm, standart bundt keks qəlibidir.
Lazım olanlar:
150 q kərə yağı
220 q şəkər tozu
3 yumurta
100 ml + 2-3 x.q süd
300 q un
2 x.q kakao tozu
10 q şəkərli vanilin (varsa vanil ekstraktı qatın)
10 q qabardıcı toz
Hazırlanması:
Otaq temperaturun da yumşalmış kərə yağı ilə şəkər tozunu 4 dəqiqiə krem kimi olana qədər mikserlə çalırıq.
Yumurtaları bir-bir əlavə edib yenə çalırıq. Hər yumurtanı sındırdıqdan sonra 1 dəqiqə çalın sonra digərini əlavə edin.
Yumurtaların hamısını əlavə etdikdən sonra 2 dəqiqə müddətində yenə mikserlə qarışdırın.
Un ilə biryer də qabardıcı toz və vailini ələyin, əvvəlcə unun yarısını əlavə edin qarışdırın, daha sonra südü əlavə edin qarışdırın və yenə unun qalan hissəsini əlavə edib qarışdırın.
Başqa bir qabda kakaonun üstünə 2-3 xörək qaşığı süd əlavə edib qaşıqla qarışdırın. Kakaonu süddə açın içində kakao topları qalmasın.
Keks xəmirinin üçdə bir hissəsini kakaolu qarışığın üstünə əlavə edib qarışdırın.
Yağlanmış və unlanmış keks qəlibinə əvvəlcə sadə keks xəmirinin yarısını tökün, onun üstünə kakaolu hissəni tökün yayın.
Ən üstə yenə sadə xəmirdən töküb üstünü düzləşdirin. Sonra bir qaşıqla ehtiyyatla keks xəmirini çox qarışdırmadan alt-üst edin biraz kakolu və sadə xəmir ala-bula olsun.
Əvvəlcədən işə salınmış sobada 180 dərəcə də 45-50 dəqiqə bişirin.
Çöp ilə bişib bişmədiyini yoxlamağı unutmayın.
Hazırlayanlara NUŞ OLSUN!
No comments:
Post a Comment