September 14, 2018

Kəsmikli peçenye

qaz ayağı peçenye

Kəsmikli peçenye resepti. Çox yumşaq və dadlıdır, uşaqların sevimli peçenyesi olmaya namizəddir. Əslinə qalanda bəzi yerlər də bu peçenyenin adı "Qaz ayağı" olaraq keçir. 
Darçın sevirsizsə üzəri üçün ayırdığımız şəkərə, darçın əlavə etmək olar.


Lazım olanlar:
135 qram kərə yağı
200 qram kəsmik (yağlılığı 9%)
150 qram şəkər tozu
1 yumurta
300 qram un (lazım olsa 1-2 xörək qaşığı artıq əlavə etmək olar)
yarım çay qaşığı ç.soda
1 dolu ç.q şəkərli vanilin 
Əlavə olaraq 100 qram şəkər tozu



Hazırlanması:
Kərə yağını soyuducudan çıxardan kimi sürtgəcdən keçirdirik.
Kəsmik, yumurta və şəkərlə bir yerdə qaşıqla yaxşıca qarışdırırıq. Unu,sodanı və vanilini ələyib, xəmir yoğururuq. 5 dəqiqə kənarda dincəlir. Xəmiri 4-5 mm qalınlığında yayırıq, azca unlanmış taxta üzərində. Ağzı incə olan stəkanla dairələr kəsirik.
Kəsdiyimiz dairəninin bir üzünü boşqaba tökdüyümüz şəkər tozuna batırırıq, sonra iki yerə qatlayırıq şəkərli yeri içərdə qalmalıdır, yarım dairə formasında olur qatladığımız yerin üstünü şəkər tozuna batırırıq.
Ən axırda yenə bükürük və şəkərə batırırıq. Şəkərli yeri üstdə qalmaq şərti ilə soba listinə düzürük. Çox yaxın düzməyin, yapışmasınlar bir-birinə. 180 dərəcə əvvəlcədən isidilmiş sobada üzəri azca qızarana kimi bişiririk.

NUŞ OLSUN !



2 comments:

  1. Salam Mehin, dünen axşam bu respti eledim, ama nedense ilk porsiyada demek olar ki, hamısı açıldı. Sonraki porsiyada eksperiment edib bir az hil Kardamom döyüb qatdım şeker tozuna ve en son büküb formanı verdikden sonra kenarlarını yavaşca bastıraraq yapışdırdım. Çox dadlı, etirli, forması düzgün ve üzeri xırt-xırt, dişleyende yumşaq ağızda eriyen peçenyeler oldu. Sağol resept üçün. Men 15 deq bişirdim 180 ‘ de, üzerinin deyil, altının qızardıqdan sonra çıxardım sobadan. Belke kimese lazım olar.

    ReplyDelete
  2. Ola bilər açılsın, gələn dəfə hazırlasanız xəmiri soyucu da 15-20 dəqiqə saxlaya bilərsiz. Reseptə güvənib hazırladığınız üçün təşəkkür edirəm.

    ReplyDelete