August 3, 2018
Albalılı (vişnə) mini tart
Albalılı tart. Bu resept ilə 9 ədəd tart çıxdı.
Xəmir üçün lazım olanlar:
220 qram un
110 qram kərə yağı
80 qram şəkər tozu
bir ç.q şəkərli vanilin
2-3 xörək q. soyuq su
İçi üçün:
250 qram tumsuz albalı
3 xörək q. şəkər tozu
yarım xörək q. qarğıdalı nişastası
2-3 xörək qaşığı su
Hazırlanması:
Əvvəlcə içliyi hazırlayaq. Albalının üzərinə şəkəri əlavə edib qoyun qazın üzərinə.
Gördünüz bişməyə başlayır, iki üç qaşıq suyla birgə nişastayı həll edin, tökün albalının içinə. Bir yerdə qarışdıraraq 2 dəqiqə bişirin. Kənara qoyun soyusun. Albalıları əzməyin bütöv qalmalıdır.
1) Ələnmiş unun içinə soyuq yağı və şəkəri əlavə edib umac edirik.
2) Hazırlanan umacdan 6-7 xörək qaşığı kənara ayırırıq.
3) Qalan umaca su əlavə edib xəmiri bir yerə yığırıq. Yəni əlinizlə çox yoğurmayın,gördünüz ki xəmir halını aldı qoyun kənara.
4) Tart qəliblərinə qozdan biraz böyük xəmirlər qopardıb yayın qəlibin içinə. Kənarlarını hündür edin ki, içlik kənara çıxmasın.
5) Bütün xəmirləri eyni qayda ilə qəliblərə yayandan sonra, içliyi paylayın içinə. Çalışın suyundan çox tökməyin kənarlardan çıxıb yanmasın.
6) Axırda üzərinə ayırdığımız qırıntıları tökürük və soba listinə hazırladığımız tartları düzüb əvvəlcədən isidilmiş sobaya göndəririk.
7) 180 dərəcə də qızarana kimi bişirin təxmini 30-35 dəqiqə. Vaxt artıb azala bilər.
Kənarları qızarır, üzəri isə qızılı rəng almalıdır.
NUŞ OLSUN!
Müəllif:
Məhin
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment