July 31, 2018

Yumşaq bulka

Bu bulka reseptinin tərifə ehtiyyacı yoxdur. Ağır və mədəyə oturan xəmir deyil, çox yüngüldür. Səhəri günə qalanda da heçnə olmur. Uşaqdan böyüyə hərkəsin sevəcəyi dadda və yumuşaqlığda dır. Bu dəfə bir neçə addım fotosu çəkəbildim. Hazırlayacaq olanlara uğurlar!




Lazım olanlar:
250 ml süd
2 yumurta (birinin sarısını üstü üçün ayırın)
50 q kərə yağı
3 x.q duru yağ 
1 ç.q quru maya
50 q şəkər tozu
5 q şəkərli vanilin
0.5 ç.q duz
Un apardığı qədər 

İçi üçün: Povidla (Alma yaxud ərik. Evdə yoxdursa şərt deyil qoyun sadə qalsın. Mürəbbə və s. qoymayın, xəmirə suyunu salar.)

Qeyd:d qətiyyən isti deyil ilıq olmalıdır. Barmağınızı südün içinə saldığınızda rahat qalırsa yəni istiliyindən barmağınız yanmırsa, onda süd istədiyimiz istilikdədir.

Hazırlanması:
İlıq südün içinə quru maya, bir xörək qaşığı şəkər tozu (ayırdığımız yüz qram şəkər tozundan götürürük) və 5 dolu xörək qaşığı ələnmiş unu tökürük və qarışdırırıq qaşıqla. Üzərinə streç plyonka örtüb 25 dəqiqə isti yerdə mayalanmasını gözləyirik. Şəkildəki kimi köpüklənməlidir.


Daha sonra ardıcılıqla digər ərzaqları qatıb qarışdırın köpüklənmiş mayalı südlü qarışığa.
Unu da ələyib yumşaq lakin ələ yapışmayan xəmir yoğurun.
Xəmirin üzərinə yenə streç çəkib ədyala büküb 2 saat isti yerdə acımağa qoyun.


2 saatın sonunda xəmir hazırdır. Xəmiri un səpilmiş taxta üstündə qazını çıxardın yəni çox az yoğurun 6-7 saniyə. Xəmirdən mandarin böyüklüyündə kündələr qopardın və azca əlinizlə yayıb içinə yarım xörək qaşığı povidla qoyub,ehtiyyatla boxça kimi bükün. Əlinizlə yumrulayın, bükülən yer altda qalmalıdır.


Hazırlanan bulkaları çox az duru yağla yağlanmış yaxud yağlı kağız sərilmiş soba listinə düzün.
Minimum 30 dəq. maksimum 45 dəq. soba listində yenidən şişməsini gözləyin. 200 dərəcə də sobanı işə salın, bir yumurtanın sarısına bir xörək qaşığı süd vəya su qatıb qarışdırın. Fırçanın köməyi ilə bulkaların üstünə çəkin.
Varsa biraz xaş-xaş səpin və göndərin sobaya. Qızarana kimi bişirin.



Recipe  adapted:  Вкусный уголок

No comments:

Post a Comment