Şirin və meyxoş dadda olan bu keks həm yumuşaq həmdə ətirlidir, mənim kimi duru yağlı keksləri sevməyənlər üçün əla seçimdir.
Meyxoşluğu üzərinə hazırlanan şəkər kirşanı və limon suyu ilə əldə edirik.

Lazım olanlar:
3 ədəd yumurta
95 qram kərəyağı
180 qram şəkər tozu
3 xörək q. qatıq (qatıq çox sulu olmasın)
230 qram un
10 qram qabardıcı toz
1 rəndələnmiş limon qabığı
2 xörək q. mavi xaş-xaş
Üstü üçün:
6 xörək q. şəkər kirşanı
1 xörək q. limon suyu
Hazırlanışı:
Kərə yağını əridirik və kənara qoyuruq soyumağa. Yumurta və şəkəri mikser ilə 2 dəqiqə çalırıq. Artıq soyumağa üz tutmuş kərəyağını asta-asta çırpmağa davam etdiyimiz yumurtalı şəkərin üzərinə tökürük. Bir dəqiqə çalırıq son olaraq qatığı əlavə edirik və 6-7 saniyə çırpıb mikseri qoyuruq kənara.
Unu və qabardıcı tozu ələyirik və tökürük qarışığın içinə (unu bir dəfəlik boşaltmayın, iki hissəyə bölün yarısını töküb məhlula qarışdırın sonra qalan yarısını tökün)
Xaş-xaş və limon qabığını da əlavə edib, qarışdırın və yağlanmış unlanmış keks qəlibinə tökün. Çox böyük formaya tökməyin, həm incə olacaq həm də bişmə vaxtında fərq olacaq. (mən kərpic formalı keks qəlibində bişirdim)
180 dərəcəli əvvəlcədən isidilmiş sobada 40-45 dəq bişirin.
Çöp ilə bişib bişmədiyini yoxlamağı unutmayın.
Limon suyunun içinə şəkər kirşanını töküb qarışdırın.
Soyumuş keksin üzərinə qaşıqla tökün,qaldıqca üzərində bərkiyəcək.
Nuş Olsun!

No comments:
Post a Comment