May 21, 2018

Xvorost resepti

Xvorost resepti (şəkil biraz tez tələsik oldu)
Bugün xvorost reseptini bölüşəcəyəm sizlə. Ərzaqlar sizə az gələbilər lakin dadlı və xırçıltılı alınır incə açmanız kifayətdir.



Lazım olan ərzaqlar:
1 stəkan un (200 ml olan stəkanla)
2 yumurta
yarım çay qaşığı duz
qızartmağa yağ (çalışın yağ iysiz və tamsız olsun)



Hazırlanışı:
Unu dərin bir qaba ələyirik, üzərinə duzu qatıb qarışdırırıq.Yumurtaları çəngəllə azca çırpırıq və una əlavə edib yumuşaq lakin, ələ yapışmayan xəmir yoğururuq. Gördünüz ki, xəmir əlinizə yapışır onda bir xörək qaşığı un əlavə edəbilərsiniz.
15-20 dəqiqə xəmiri üstü bağlı halda dincəldin  Azca unlanmış taxta üzərində incə açırsınız və istədiyiniz kimi kəsirsiniz. Bütün xəmirləri kəsdikdən sonra qızğın yağda qızardıb isti-isti üzərinə şəkər kirşanı səpin. Mümkündürsə saxlamadan yeyin qalanda evdəki nəmlə birlikdə yumuşalır. 

resept

Hazırlayanlara Nuş olsun.

No comments:

Post a Comment