October 9, 2018

Südlü korjik


Südlü korjik resepti. Düzdür uşaq vaxtı yediyimiz əsl korjik resepti deyil, lakin dadlıdır. Resepti götürdüyüm yerdə darçın yox idi, mən azca əlavə edirəm. Fikrimcə yaraşır,yeyəndə çox cüzi hiss olunur. 



Lazım olanlar:
100 q kərə yağı
200 q şəkər tozu
80 q süd
1 ədəd yumurta (xəmir üçün) + 1yumurtanın sarısı (üstü üçün)
400 q un
5 q şəkərli vanilin vəya 1 ç.q vanil ekstraktı
çay qaşığının ucunda darçın
yarım çay qaşğı ç.soda

Üstü üçün:
1 yumurtanın sarısı


Hazırlanması:
Südü ocağa qoyuruq, qaynamaq istəyəndə ocaqdan götürüb, içinə şəkəri əlavə edib dayanmadan qarışdırırıq. Şəkəri südün içində əridirik.
Böyük bir qaba boşaldırıq üzərinə başqa qabda əridilmiş ilıq olan yağı və yumurtanı lavə edib qarışdırırıq. Unu ələyirik, soda, vanilin və darçını qatıb,xəmir halını alana kimi yenə qarışdırırıq. Xəmir biraz yumuşaq olduğu üçün əlinizlə yoğurmayın qaşıqla qarışdırın. (Sonradan un əlavə etməyin, unun miqdarı kifayətdir. Çox vursanız korjiklər quru alınacaq) Kənarda 5-10 dəqiqə dincəldib, azca unlanmış taxta üstündə 1sm qalınlığın açın. Kənarları diliyli qurabiyə kəsənlə yaxud tart qəlibini tərs fırladıb ağzı ilə kəsin. Soba listinə düzüb, üstünə yumurta sarısını sürtürük və çəngəllə yuxarıdan aşağıya doğru xətlər çəkirik. Həmin xətti soldan sağa yenə çəkirik.
180 dərəcə əvvəlcədən isdilmiş soba da 15-17 dəqiqə bişiririk.


Qeyd: Xəmiri unlanmış taxta üzərində yaydığımız üçün istər istəməz korjiklər bişəndən sonra altında az miqdarda un qalır. Unu fırçanın köməyi ilə təmizləmək mümükündür.
Ölçüsündən asılı olaraq 14-15 ədəd korjik alınır.

Recipe adapted: zel_cakes


No comments:

Post a Comment