Kişmişli keks resepti. Yumşaq və dadlı bir keks resepti axtarırsızsa bu resepti mütləq sınayın. Keks xəmirini çox böyük formaya tökməyin, həm incə olacağ həm də bişmə vaxtında fərq olacaq. İstəsəniz 12 yuvalı maffin qəlibində də bişirəbilərsiz.
Lazım olanlar:
120 q kərə yağı
200 q şəkər tozu
100 q xama - сметана (yağlılığı 20%)
2 ədəd yumurta
10 q qabardıcı toz
220 q un
100 qram kişmiş
2 ç.q şəkərli vanilin
Üstü üçün: şəkər kirşanı
Hazırlanması:
Otaq temperaturunda yumşalmış kərə yağına şəkər tozunu əlavə edib 5 dəqiqə mikserin yüksək rejimində çırpırıq. Yumurtaları bir dəqiqədən bir əlavə edib çırpırıq. Yumurtalar böyük olsa yaxşıdır. Ən axırda xamanı qatırıq 5-10 saniyə çırpın sadəcə qarışması kifayətdir.
Un, qabardıcı toz və vanilini ələyib qarışdırın.
Yuyub qurutduğumuz kişmişləri bir xörək qaşığı unla bir yerdə qarışdırırıq və xəmirə qatırıq.
Yağlanmış unlanmış kərpic formalı keks qəlibinə xəmiri tökün 180 dərəcə əvvəlcədən isidilmiş sobada 50-55 dəqiqə bişirin. Qalın keks olacağı üçün biraz gec bişir, çöp ilə bişib bişmədiyini yoxlamağı unutmayın.
NUŞ OLSUN!
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment