İçlik üçün qovrulmuş qiymədə olar, biraz cəfəri qatsanız lap dadlı olar.
Axır vaxtlar şəkil çəkəndə həmişə xörək vaxtına düşür ona görə biraz tez-tələsik çəkdiyim üçün belə oldu. :D Şəkildəki şüyüd də gözləyənə qədər özündən getdi.
Lazım olanlar:
200 ml süd
1 yumurta
4 x.q duru yağ
1 ç.q quru maya
yarım ç.q şəkər tozu
1 ç.q duz
Apardığı qədər un
İçlik üçün:
250-300 qram çox duzlu olmayan ağ pendir
yarım dəstə şüyüd
Üstü üçün:
1 yumurta sarısı
1 x.q süd və ya su
Südü ocağa qoyun, istiləşməyə başlayanda ocaqdan alın böyük bir qaba boşaldın. Süd isti yox, ilıq olmalıdır.
İçinə şəkər və quru mayanı qatın və qarışdırın. Otaq temperaturundaki yumurtanı və yağı da qatıb qarışdırın.
Ən axırda unu ələyin əlinizə yapışmayan lakin yumşaq xəmir yoğurun.
Xəmirin olduğu qabın üstünü streç plyonka ilə örtün yaxşıca hava almasın.
Mayalanmağa qoyun, 1.5 - 2 saat müddətində mayalanmalıdır. Ədyala büküb evin isti bir yerində qoyun.
Həcmi iki dəfəyə qədər bəlkə biraz daha çox artıqda xəmir hazırdır.
İçlik üçün pendiri çəngəl ilə əzin.
Şüyüdü yuyun, qurudun və xırda-xırda doğrayıb pendirə qatıb qarışdırın.
Xəmirdən yumurta böyüklüyündə kündələr hazırlayın, yayın təxmini mürəbbə nəlbəkisi böyüklüyündə.
İçlikdən 1 xörək qaşığı qoyun və ağzını sıx büküb tavaya qoyun.
Üstünə yumurta sarısını çəkin 200 dərəcə də işə salınmış soba da 20-25 dəqiqə qızarana kimi bişirin.
Nuş Olsun!
No comments:
Post a Comment