Lazım olanlar:
90 qram şokolad (56% istifadə etmişəm)
50 qram kərə yağı
110 qram şəkər tozu
80 qram un
yarım ç.q qabardıcı toz
1 ədəd yumurta
bir çimdik duz
1 ç.q şəkərli vanilin
Hazırlanması:
Su hamamında şokolad və yağı əridirik, kənarda qalır soyuyur biraz.
Yumurta, duz və şəkəri əl çırpıcısı ilə qarışdırırıq, yumurtanın rəngi biraz açılır, bu müddət təxmini 2 dəqiqə çəkir. Əritdiyimiz yağlı şokoladı yumurtaya qatırıq yenə qarışdırırıq.Unun içinə qabardıcı və vanilini qatıb qarışdırırıq, duru məhlula ələyirik.
Yapışqan və yumşaq bir xəmir alınır, əlinizlə heç cürə forma verə bilməzsiniz ona görə bir xörək qaşığı götürün və səliqə ilə aralarında məsafə saxlayaraq soba tavasına yumrular qoyun.
Tavaya mütləq yağlı kağız sərin, 180 dərəcədə əvvəlcədən isidilmiş sobada 10-13 dəq bişirin. 10 dəqiqə keçəndən sonra nəzarət edin 12-13 dəqiqəyə bişməlidir. Sobadan çıxan kimi üstünə toxunanada xəmir yumşaq olur,adam elə gəlir ki çiydir, lakin soyuduqda quruyur.
Hazırlayanlara nuş olsun!

No comments:
Post a Comment