February 14, 2019

Bulka pluşki


Bulka pluşki (Плюшки) Ruslara məxsus bulka növüdür. Dadı çox qəşəng olur, üstündə bişən vaxtı şəkərin əriyib azca xırçıltılı olması ayrı bir dad verir. Zövqə görə şəkər tozuna darçın əlavə etmək olar. Xəmiri yaydıqdan sonra yağ vurduğumuz üçün bişəndə qatları lay-lay açılır, çox isti sobada bişirməyin, üstü tez qızarar ancaq xəmir tam bişməz.


Lazım olanlar:
350 ml süd
100 qram kərə yağı
1 ədəd yumurta
3 x.q şəkər tozu
yarım x.q quru maya
1 ç.q duz
şəkərli vanilin
Apardığı qədər un təxmini 600-650 qram

Üstünə: 1 böyük yumurtanın sarısı 1x.q süd
100 qram şəkər tozu



Hazırlanması:
İlıq südə şəkər tozunu və mayanı qatıb əl çırpıcısı ilə qarışdırın. Kombayn mikserlədə hazırlamaq olar. Ərimiş kərə yağı və qalan ərzaqları qatıb yenə qarışdırın. Unu ələyib ələ yapışmayan yumşaq xəmir yoğurun. 
Xəmirin üzərini streç plyonka ilə örtüb 1.5-2 saat mayalanmaya qoyun.
Həcmi artıb mayalandıqdan sonra mandarin böyüklüyündə kündələrə ayırın, kündəni yayın üstünə ərimiş kərə yağı çəkin. Çox əziyyət çəkməyin yumru açmaq üçün, onsuzda büküldüyü üçün yumruluğunun bir əhəmiyyəti yoxdur.
Rulet kimi bükün çox sıx olmasın, rulet formasında bükülmüş xəmiri iki qat bükün (yəni bir ucundan tutub digər ucun üstünə gətirin)
Bükülən yerdən kəsin axıra kimi kəsməyin ortadan kəsin, əlinizlə açın kəsilən yeri.
Yağlı kağız sərilmiş soba tavasına düzün, 30-45 dəqiqə tavada yenə şişməsini gözləyin, yumurta sarısına süd qatıb qarışdırın. Hazır bulkaların üzərinə yumurtanı sürtüb şəkər tozunu səpin.
Təxmini hər bulkaya 2 xörək qaşığı şəkər tozu lazım olur. 180 dərəcə də əvvəlcədən isidilmiş soba da qızarana kimi bişirin.


No comments:

Post a Comment