Çox vaxt maffin və ya keks hazırlayan zaman kərə yağına üstünlük verirdim. Bu dəfə nəmli bir maffin resepti nəzərimdə tutmuşdum ona görə də duru yağla hazırlasam daha nəmli olar deyə düşündüm. Doğurdan da çox dadlı oldu, sınamağa dəyər.
Lazım olanlar:
2 böyük yumurta
110 q şəkər tozu
50 ml isti su
60 ml duru yağ (iysiz olsa yaxşıdır)
170 q un
2 ç.q qabardıcı toz
20 q kakao tozu
5 q şəkərli vanilin
İçi üçün:
80-90 q şokolad (tünd və ya südlü)
Hazırlanması:
Yumurtaları dərin bir qaba sındırın, üzərinə şəkər tozunu əlavə edib əl çırpıcısı ilə qarışdırın təxmini 1 dəqiqə. (istəsəniz mikserin zəif surətin də qarışdırmaq olar)
Duru yağı da bura əlavə edib qarışdırın, unun içinə kakao+qabardıcı toz və vanilini qatıb qarışdırın, duru məhlulun içinə ələyib qarışdırın bu vaxt sizə biraz qatı gələcək narahat olmayın axı hələ suyu tökməmişik. İsti suyu da bura əlavə edin və cəld qarışdırın ki, yumurtalar bişməsin. Nə çox qatı nə də çox duru xəmir olmur, bir növ pankeyk xəmiri kimi. Maffin qəlibinə kağız düzün və hər yuvaya xəmirdən paylayın.
Plitka şokoladlar adətən xanalı olaraq bölünürlər, sizdə şokoladı elə nəzərdə tutulmuş xanalar dan bölün və hər xəmirin içinə batırın. Çalışın üstdə qalmasın şokoladlar, çay qaşığı ilə üstünü düzəltmək olar.
180 dərəcə də əvvəlcədən işə salınmış soba da 20-25 dəqiqə bişirin. 20 dəqiqə tamam olduqdan sonra çöp ilə bişib-bişmədiyini yoxlayın. Onu da nəzərinizə çatdırım ki, çöpü xəmirə batıran zaman tən ortasına batırmayın şokolad olduğu üçün orta da, çöpə bulaşır sizə elə gələbilər ki bişməyib. Kənarına batırın ki xəmirin bişib-bişmədiyini bilmək olsun.
İlıq vəziyyət də yeyəndə şokoladın dadını daha çox alabilərsiz. Resept dən 9 ədəd maffin alınır.
Hazırlayanlara nuş olsun.
No comments:
Post a Comment