December 9, 2021

Qatılaşdırılmış südlü keks


Qatılaşdırılmış südlü keks resepti. Кекс на сгущенке.
Asan və az vaxt aparan keks reseptidir. Mən içinə kişmiş əlavə etdim amma vacib deyil. Resepti youtube də təqib etdiyim bir xanımın kanalından götürmüşəm. Adətən ilk dəfə bişirdiyim şirniyyatların şəklini çəkmirəm amma reseptə etibar etdim və məni yanıltmadı. İlk dəfə dən çox gözəl oldu.


Lazım olanlar:
300 q qatılaşdırılmış süd
100 q kərə yağı
3 yumurta
200 q un
1 ç.q qabardıcı toz
5 q şəkərli vanilin
zövqə görə 100-120 q kişmiş

Hazırlanması:
Kişmişləri yuyub qurudun və 200 q undan bir xörək qaşığı götürüb kişmişləri unlayın.
Otaq temperaturunda yumşalmış kərə yağını mikserlə ağarana kimi çalın. Ardınca yumurtaları bir-bir əlavə edib çalın. Qatılaşdırılmış südü də əlavə edib mikserlə yenə çalırsız. Unun içinə qabardıcı toz və vanilini əlavə edib məhlulun içinə ələyin. Kişmişləri də əlavə edib qaşıq və ya silikon spatul ilə yaxşıca qarışdırın. Kərpic formalı keks qəlibinin içinə yağlı kağız sərin və keks xəmirini qəlibə boşaldın. Əvvəlcədən isidilmiş 180 dərəcəli soba da 40-45 dəqiqə də bişirin.
Bişib bişməməyini çöp ilə yoxlamağı unutmayın.  istəsəniz adi keks qəlibində də bişirmək olar, yəni olabilər ki hamıda kərpic formasında qəlib olmasın.
Hazırlayanlara nuş olsun.

recipe adapted: (X)


No comments:

Post a Comment