May 3, 2021

Sadə keks


Az yağ tələb edən dadlı sadə keks resepti istəyirsizsə məncə mütləq hazırlayın. Keksin içinə protağal, limon qabığı rəndəsi vura bilərsiz. Və ya iki rəngli hətda hamısını kakaolu da etmək olar.


Lazım olanlar:
3 yumurta
200 q şəkər tozu
150 ml süd
50 q kərə yağı
250 q un
10 q qabardıcı toz
5 q şəkərli vanilin və ya portağal qabığı rəndəsi 1 x.q

Hazırlanması:
Yumurta və şəkər tozunu mikserlə ağarana kimi 3-4 dəqiqə çalın. Əritdiyimiz ilıq kərə yağını da bura əlavə edib yenə orta sürətdə çalın. Limon və ya portağal qabığı qatmalı olsanız elə bu anda yəni duru vazıyyətdə ki xəmirə qatın. Unun içinə qabardıcı tozu qatıb yarısını məhlulun içinə ələyin və əl çırpıcısı ilə qarışdırın. Daha sonra ilıq südün hamısını əlavə edib yenə qarışdırın. Ən axırda qalan unu da məhlula qatıb qarışdırın. Yağlanmış keks qəlibinə məhlulu töküb 170 dərəcəli əvvəlcədən isidilmiş sobada ilk 25 dəqiqə sobanın qapağını heç açmamaq şərti ilə qızarana kimi bişirin. Bişəndən sonra sobadan götürün 5-10 dəqiqə keçsin sonra qəlibdən çıxardıb soyumaya qoyun. Zövqə görə keksin üstünə şəkər kirşanı səpin.

Mən keks qabına 1 dolu ç.q duru yağ töküb salfetka ilə sildim içini. İstəsəniz 15-20 qram yumşaq kərə yağı ilə qabın içini yaxşıca yağlayıb 2 x.q un töküb unlaya bilərsiz. Unun artığını qabı tərs fırladıb içindən tökməyi unutmayın.

Kakaolu etməli olsanız undan 20-30 qram götürüb yerinə həmin miqdarda kakao tozu əlavə etmək olar.
Bu keks xəmiri nisbətən biraz duru alınır.
resept tam dəqiq yadımda deyil hardan yadımda qalıb, amma bölüşən türk xanım idi səhv xatırlamıramsa.

Hazırlayanlara nuş olsun.


No comments:

Post a Comment